İranda zəlzələ olub - 4,4 bal
İranın şərq bölgəsində 4,4 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Kirman şəhərindən 55 km şimal-şərqdə, 5 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.