Merilin Monronun yaylığı Paris teatrını xilas etdi - FOTO
XX əsrin ən məşhur kino ulduzlarından biri Merilin Monronun əl yaylığı Paris teatrını iflasdan xilas edib.
Bu barədə “Le Fiqaro” xəbər yayıb.
Bildirilir ki, böhranla əlaqədar İtaliya komediyası teatrının yaradıcısı və rəhbəri Attilio Maqqili özünün ən dəyərli əşyasından və talismanından ayrılıb.
Borcları qaytarmaq və işə davam etmək üçün rejissor məşhur aktrisanın yaylığını 300 min avroya (təxminən, 573 410 AZN) satıb.
Məlumata görə, M.Monro bu yaylığı “Waldorf Astoria” hotelində unudub. Sonradan əşya Endi Uorhollun, ardınca qalerist Leos Kastellinin əlinə keçib. O da öz növbəsində yaylığı Maqqiliyə hədiyyə edib.
Əşya teatrın foyesində saxlanılırdı.