Mədəniyyət Nazirliyində maliyyə pozuntuları aşkarlandı: Rusiyanın xalq artistinə...
Mədəniyyət Nazirliyi tərəfindən Rusiyanın xalq artisinə qanunsuz ödəniş edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə məlumat Hesablama Palatasının 2020-ci il audit hesabatında yer alıb.
“Bağlanmış müqavilədə xüsusi hallar nəzərdə tutulmadığına görə Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar Rusiyanın Xalq artisti 5 ay 15 gün müddətində Bakı şəhərində olmadığı halda, onun bank hesabına 26 min 232 manat 30 qəpik, mənzilin kirayəsinə görə isə icraçıya 7 min 200 manat artıq vəsait ödənilib”, - deyə hesabatda qeyd edilib.