Meydançaya girmək istəyən uşağın başı bəlaya düşdü - VİDEO



 

Başı dəmir məhəccərlərin arasında ilişib qalan 10 yaşlı uşağı xilas etmək üçün bütün sakinlər səfərbər olublar.

“LifeShot” “Telegram” kanalı Rusiyanın Novosibirsk şəhərində baş verən hadisənin görüntülərini yayıb.

Məlumata görə, uşaq dəmir barmaqlıqların arasından keçərək, meydançaya girmək istəyib.

Həmin vaxt sürücülərdən biri distant şəkildə hasarı açıb və uşağın başı dəmirlərin arasında sıxışıb. Onun qışqırığına sakinlər gəlib. Onlar uşağın həyatını xilas ediblər.