“Bu, ən qısa yoldur” - Ceyhun Osmanlı
“Son günlər Azərbaycan təkcə UEFA Çempionlar Liqasında futbol uğurları ilə deyil, həm də nəqliyyat və enerji bazarlarında strateji addımları ilə bir daha diqqət çəkir.”
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ceyhun Osmanlının beynəlxalq səviyyəli “Parlament jurnalı”nda dərc edilən məqaləsində yazılıb. Qeyd edək ki, "Parlament jurnalı" adlanan bu jurnal hər 15 gündən bir çıxır və əsasən Avropa Parlamenti deputatları ilə Avropa Komissiyasının komissarlarının məqalələrini yayımlayır. Avropa Parlamenti, Avropa Komissiyası, Avropa Şurasının daimi izlədiyi ən nüfuzlu media orqanlarındandır.
Bildirilib ki, bu ayın əvvəllərində “Dəmir İpəkyolu” kimi tanınan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Bu layihə Orta Asiya, Çin, Türkiyə, Avropa, Rusiya, İran və Yaxın Şərqlə Qafqaz ölkələrinin strateji əhəmiyyətini artırıb.
826 kilometrlik xətt Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol adlandırılıb. Çünki bu dəmir yolu Çin və Avropa bazarları arasındakı məsafəni 15 günə qədər azaldır. Bu da dəniz marşrutundan daha sürətli, eyni zamanda, hava nəqliyyatından daha səmərəlidir.
“Xətt boyunca yeni vergidən azad zonaların yaradılması ilə mövcud Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinə əlavə olaraq Bakı-Tbilisi-Qars dəmir yolu da yeni, səmərəli və gəlirli layihədir”, - deyə məqalədə bildirilib.
2016-cı ildə Krımın işğalından sonra Rusiyaya qarşı Avropa ölkələrinin tətbiq etdiyi sanksiyalar nəticəsində hər il dərinləşən izolyasiyasını nəzərə alaraq, BTQ həm də Avropa Birliyi üçün yaxşı xəbərdir. Bu günə qədər Çin və Avropa arasında yalnız Trans-Sibir dəmir yolu əlaqəsi olduğunu nəzərə alaraq, Avropa Birliyi bu layihənin Türkiyə, Azərbaycan, Gürcüstan və Orta Asiya ilə əlaqə yaratmaq üçün çox önəmli olduğunu qəbul etdi. Bu, 1 trilyon dollarlıq infrastruktur planı olan kəmər və yol xətləri üçün regional müttəfiqlər axtaran Çin üçün əlverişli layihədir.
BTQ dəmiryolu tamamlandıqdan sonra Qazaxıstandan Xəzər dənizinə gələrək yeni Bakı Beynəlxalq Dəniz limanına çatan qatarlar, Rusiya və Ermənistandan keçmədən, Gürcüstan və Türkiyə üzərindən Avropa üçün yeni bir marşrut seçmək imkanı yaratdı.
Bu layihə Rusiya-Gürcüstan münaqişəsi səbəbindən ləng inkişaf etsə də, Azərbaycan Dövlət Neft Fondunun hesabından Gürcüstan dəmir yolunun bir hissəsinin maliyyələşdirilməsi üçün kredit ayrıldı. Bu da 105 kilometrlik xəttin tikintisində həlledici rol oynadı. Yeni açılan Qars-Axalkalaki dəmir yolu 1993-cü ildən bəri istifadə olunmayan Ermənistan və Türkiyə arasında köhnə dəmir yolu xəttinə alternativdir.
Xətt boyunca yeni vergidən azad zonaların yaradılması ilə mövcud Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinə əlavə olaraq Bakı-Tbilisi-Qars dəmir yolu da yeni, səmərəli və gəlirli layihədir.
Xüsusilə qeyd etmək lazımdır ki, Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün olan Qlobal Rəqabətlilik İndeksində Azərbaycan 138 ölkə arasında 35-ci yeri tutub.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə regionun nəqliyyat və enerji əlaqələri daha da güclənəcək. Avropa Yenidənqurma və İnkişaf Bankı 2017-ci il oktyabrın 18-də Trans Anadolu Boru Kəməri (TANAP) üçün 500 milyon dollar məbləğində maliyyə ayrılmasını təsdiq edib, bu isə TAP (Trans Adriatik Boru Kəməri) ilə birlikdə Azərbaycan Şahdəniz yatağından təbii qazın Avropaya nəqli prosesində müstəsna əhəmiyyətə malikdir. Bu isə Avropanın Rusiyaya təbii qazdan asılılığını azaldacaq və eyni zamanda, enerji təhlükəsizliyi və diversifikasiyası üçün böyük addımdır.
Son bir neçə ay ərzində baş tutan digər bir diqqətəlayiq layihə 2049-cu ilin sonuna qədər “Azəri-Çıraq-Günəşli” (AÇG) hasilatın pay bölgüsü müqaviləsinin uzadılmasıdır. Bununla da Azərbaycanın dünya bazarında böyük enerji layihələrində güvənli və etibarlı ortaq olması bir daha təsdiqləndi.
Bəzi konsorsium üzvlərinin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın nəhəng enerji şirkəti olan SOCAR bu müqaviləni yekunlaşdırmağı bacardı. Bu müqavilə nəticəsində BP-nin payı 35,8% -dən 30,37%-ə düşərkən, SOCAR öz payını 11,65% -dən 25% -dək artırdı.
Yeni müqavilə ilə Azərbaycanın enerji sektorunda 40 milyard dollar dəyərində böyük investisiyalar təmin ediləcək, eyni zamanda, Azərbaycan hökuməti üçün 3,6 milyard dollar bonus ödənişini təmin edəcək.
Neft qiymətlərinin düşdüyünə görə Xəzər Dənizində neft investisiyalarının riskli hesab olunduğu 1994-cü ildə, müharibə qurbanı olmuş Post Sovet ölkəsi olan Azərbaycanın dünya neft nəhəngləri ilə Əsrin Müqaviləsini imzalayacağını da xəyal etmək çətin idi. 27 il
Lakin müstəqilliyindən təxminən 27 il sonra Azərbaycan üçün öz qaydalarını diktə etmək çətin olmadı belə ki, ortada 500 milyon ton təsdiqlənmiş neft etiyatları var və bu illər ərzində Azərbaycan AÇG-dən 3 milyard barreldən artıq neft istehsal etməyə müvəffəq olmuşdu.
Bundan başqa, əsrin müqavilələrinin davamı da ola bilər. Çünki AÇG dərin təbii qaz yatağı gələcəkdə TANAP-ın illik ehtiyaclarını 15 milyard kubmetrə çatdırmaqla yanaşı hasilatın 3-cü pay bölgüsü kontraktının imzalana biləcəyi istisna deyil. Bundan əlavə, AÇG-nin yeddinci və yeni istehsal platformasının 2020-ci ildə açılacağı gözlənilir.
19-cu əsrdə neft istehsalı dünyada öncül olan Bakı, ötən aylarda BKT və AÇG nümunələri ilə, İpək Yolu boyunca yaratdığı yeni və etibarlı nəqliyyat və enerji layihələri ilə bölgənin hərəkətverici qüvvəsi olduğunu nümayiş etdirdi.
Yaxın Şərqdəki münaqişə, regiondakı gərginlik, İran və Rusiya ilə münasibətləri göz önündə tutaraq Azərbaycan həm Avropa həm də Çin üçün şübhəsiz ki, etibarlı siyasi və iqtisadi tərəfdaşdır.
Qeyd edək ki, Dos.Dr. Ceyhun Osmanlı Odlar Yurdu Universitetinin Beynəlxalq əlaqələr və İnnovasiyalar üzrə prorektorudur. 4-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin idarə heyətinin üzvü olub. Eyni zamanda, Avropa Şurası Gənclər və İdman Direktorluğunda gənclər üzrə ekspert kimi iş təcrübəsi də var.
"Al Jazeera", "Euronews", "European Business Review", "EU Today", "EU Reporter", "Euractiv" kimi beynəlxalq media strukturlarında məqalələri dərc edilir.