Türkiyədə zəlzələ olub - 5,1 bal
Türkiyənin Muğla vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 00:49-da Muğla vilayətinin Ula rayonunda, 25 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.