Yoxa çıxan sualtı qayıq partlayıb, bütün ekipaj ölüb
Argentinanın yoxa çıxan “San Xuan” sualtı qayığının bütün ekipajı ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Argentina Hərbi Dəniz Qüvvələri ekipaj üzvlərindən birinin atasını qeyri-rəsmi olaraq məlumatlandırıb.
Ataya bildirilib ki, səkkiz gün əvvəl 200- 1000 metr dərinlikdə sualtı qayıqda partayış olub. Həmin şərtlər altında kiminsə sağ qalmaq şansı yoxdur.
Lakin Argentina rəsmi olaraq ekipaj üzvlərinin ölməsi ilə bağlı elan verməyib.