Qarabağ konflikti heç kimə sərf etmir - Lavrov



 

Konflikt heç kəsi qane etmir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla danışıqlardan sonra deyib.

"Qarabağ münaqişəsi heç kəsi qane etmir. Bu məsələnin həllini tapmalıyıq. Həllə gətirən bir çox istiqamətlər də artıq üzə çıxıb. Razılaşdırılmış format var - üç həmsədr. Onlar yalnız vakuumda mövcud deyil, onlar ATƏT-in Minsk Qrupunda birgə fəaliyyət göstərirlər. Mən bu formatın genişləndirilməsinin lazım olduğuna dair heç bir söz eşitməmişəm. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ üzrə formatının mümkün genişləndirilməsi barədə təkliflər əldə olunmuş razılığa xələl gətirə bilər" - deyə o bildirib.