ABŞ Polşaya 10,5 milyardlıq raket kompleksi göndərir
ABŞ Polşaya 10,5 milyard dollar dəyərində “Patriot” raket əleyhinə müdafiə sistemləri göndərəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsi məlumat yayıb.
Məlumat əsasən, bu barədə razılaşma Donald Trampın Polşaya səfəri zamanı imzalanıb.
"Patriot" raket əleyhinə müdafiə sistemlərinin 2022-ci ilədək Polşada yerləşdiriləcəyi bildirilib.