“Pulu verən sizsiz, nəzarət edin” - Spiker
“QHT-lər sosial çarxlar hazırlayır. Ancaq bunu keyfiyyətsiz edirlər. Buna görə də televiziyalar onu yayımlamaqda maraqlı olmurlar”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Azay Quliyev “Reklam haqqında” qanunun müzakirəsi zamanı deyib. O təklif edib ki, QHT-lər televiziyalarla əlaqə yaradıb onlarla birgə çarxlar hazırlasınlar. Bundan sonra televiziyada verilməsi təmin edilsin”.
Spiker Oqtay Əsədovun məsələyə reaksiyası isə maraqlı olub: “Pulu verən sizsiz. Ona görə də məsuliyyətdən kənar durmaq lazım deyil. Onun keyfiyyət məsələsinə də nəzarət etməlisiniz”.
Günel Türksoy