Milli dövlətçilik təfəkkürü olmayanda...



 

Baş redaktor,"Əməkdar mədəniyyət işçisi", pedaqoji fəlsəfə doktoru, Qarabağ müharibə veteranı

Bu amil formalaşmayınca durum çətin olacaq

Həyat inkişaf etdikcə ətrafımızda mövcud olan hər şeyin keyfiyyətcə yenilənməsini müşahidə edirik. Bu yeniliyi elm texnikanın sürətli inkişafı təmin edir. İnkişaf baş verəndə, bu proses insanla insan, insanla dövlət arasındakı münasibətlərə yeni nəfəs verir. Lakin bir şeyi diqqətdən qaçırmayaq ki, bir ölkədə baş verən dəyişiklik, inkişaf dünyanın hər yerində eyni anda baş vermir. Məsələn, ABŞ elmi-texniki baxımdan dünyanın ən inkişaf etmiş, güclü dövlətidir. Amma onunla qonşu olan dövlətlər inkişaf sürətinə görə, ABŞ-dan xeyli geri qalır. Deməli, inkişaf bir nöqtədə baş verir dünyaya tədricən yayılır. Dünyanın qeyri-bərabər inkişaf qanununa görə, dövlətlər, hətta qitələr belə, iqtisadi gücünə görə, biri digərindən fərqlənir. Ölkənin gücü ilk növbədə onun iqtisadi inkişafından asılıdır. Bütövlükdə hər bir dövlətin inkişafının təməli dövlətin iqtisadi qüdrətinə bağlıdır. İqtisadi qüdrətin əsas mənbəyi isə insan kapitalıdır. Güclü dövlət fədakar, mübariz insanların əzmkar səyi nəticəsində formalaşır həmin insanların həyat səviyyəsinin yüksəlməsinin təminatçısına çevrilir. Deməli, insan canı, qanı, çoxsaylı şəhidləri bahasına qoruduğu dövlətin iqtisadi inkişafını təmin etdikcə, həyatının da yüksək inkişafını təmin edir. Hər bir insan, ölkəsi gücləndikcə həyatının firavanlığının yüksəldiyini hiss edir. Xöşbəxtliyini hiss etdikcə, insan dövlətini daha dərin məhəbbətlə sevir. Onu məsud edən dövlətinə, onun əzmkar, fədakar insanlarına, dövləti düzgün idarə edən rəhbərə qəlbən bağlanır. Ölkədə ideal həyat tərzinin hökm sürməsi nəticəsində firavan, məsud, azad yaşayan vətəndaşlarda milli hisslər daha da güclənir bunun təsiri ilə milli təfəkkürə malik vətənpərvər toplum formalaşır. Bu toplum firavan həyatının qarantı olan dövlətə o qədər sıx bağlanır ki, həmin dövlətin uğrunda, hətta canını qurban verməkdən belə, zərrə qədər çəkinmir. Azərbaycan dövlətinin tarixini vərəqlədikcə, dövlətimizin qədimiliyinə baxmayaraq, bütün-lüyünü günümüzə qədər qoruya bilməməsini təəssüf hissiylə qeyd etmək zorundayıq. Böyük zəfərlə, şərəflə "Orta əsr Azərbaycan Səfəvilər Dövləti" kimi böyük imperiya yaradaraq, adını qızıl hərflərlə tarixə yazmış bir dövlət sonralar satqınlıq xəyanət nəticəsində düşmən dövlətlər tərəfindən bir neçə yerə bölünərək, işğal edilib... İşğal faktının bu gün davam etməsi, Ermənistan kimi, Azərbaycandan iqtisadi cəhətdən dəfələrcə zəif olan ölkənin ərazimizin 20 faizini 27 ildir işğal altında saxlaması acı gerçəklikdir. İşğal faktının dünyanın hazırkı düzənində hökm sürməsinin bir neçə səbəbi var bunlardan birini, ölkədə milli dövlətçilik təfəkkürünə malik məmurların çatışmaması ilə izah edərdim. Qeyd edim ki, həmişə milli birlikdən danışsaq da, hətta bəzən öyünməyə belə, cəhd etsək , bu sahədə mövcud olan nöqsanlar həddindən ziyadədir. Ən başından, danılması mümkün olmayan, cəmiyyətdə qabarıq görünən həqiqət budur ki, ölkədə məmur - vətəndaş qarşıdurması kəskindir. Məmurlar arasında rüşvətxorluğun, korrupsiyanın, var-dövlət hərisliyinin mövcudluğu, sadə vətəndaşlara qarşı sayğısızlığın həddi çox yüksəkdir. Əslində, hakimiyyəti təmsil edən bəzi məmurların mənfi xüsusiyyətləri, hakimiyyət qollarını tayfa qohumluq əlaqələri əsasında zəbt etmiş vəzifəli şəxslərin təsiri ilə formalaşmış amorf cəmiyyətdə gedən sosial təbəqələşmə bir-birinə düşmən iki qrupun yaranması ilə nəticələnə bilər. Bu qruplar arasında mövcud olan ziddiyyətlərin getdikcə kəskin xarakter alması ölkəmizin perspektivi üçün yaxşı heç vəd etmir, əksinə, ciddi tədbirlər görül-məsə, ağılagəlməz hadisələrin baş vermə ehtimalını çoxaldır. Belə vəziyyətdə mövcud mənfi hallara qarşı Prezident İlham Əliyevdən başqa, digər cavabdeh yüksək vəzifəli şəxslərin mübarizə aparmağa həvəsli olmamaları narahatlıq yaradır... Cənab Prezidentin xalqı narahat edən mənfi hallara qarşı kəskin mübarizə apardığını təsdiq edən kifayət qədər nümunələr var! Prezidentin indiyədək həbs etdirdiyi, vəzifədən qovduğu, cəzalandırdığı çoxsaylı məmurlar ordusu göz önündədir!.. İndiyədək məmurların mənfi hərəkətlərinə qarşı ölkə başçısı tərəfindən təşkil edilən mübarizə tədbirləri müəyyən nəticələr əldə etməyə imkan versə , lakin bu, bütövlükdə məmurların törətdiyi mənfi nəticələrin qarşısının alınması üçün yetərli olmur. Ona görə , yeni dövrün tələblərinə cavab verən, milli dövlətçilik təfəkkürünə malik olan yeni məmur nəslinin tərbiyə olunmasına tezliklə başlamaq dövlətin ilk vəzifələri sırasına daxil olmalıdır. Düzdür, əslində, bu istiqamətdə ilk addımlar cənab Prezident tərəfindən atılıb, lakin bu addımların sürətləndirilməsinə diqqəti artırmaq lazımdır. Yenə o məsələnin üzərinə qayıdıram ki, milli dövlətçilik təfəkkürlü məmurların hazırlanması istiqamətində ciddi görülməsinə ehtiyac əvvəlki vaxtlara nisbətən, indi daha çoxdur... Yeri gəlmişkən, xalqı bütün cəmiyyəti narahat edən, ölkə üçün daim zəruri sayılan vətəndaş həmrəyliyinə ciddi zərbə vuran bir həssas məqama diqqət çəkmək istəyirəm... Məsələn, xalqı narahat edən qəzəbləndirən dövlət orqanlarından biri Hərbi Səfərbərlik Xidmətidir. Ölkədə elə bir insan, ailə tapmaq mümkün deyil ki, onun övladı, yaxınları hərbi xidmət keçməsin. Deməli, bu təşkilatın fəaliyyəti barədə hər kəsdə dəqiq bilgi var ki, burada rüşvətxorluq digər mənfi hallar mövcuddur. İnsanlarda bu təşkilatın korrupsiya yuvasına çevrilməsi barədə  konkret rəy formalaşıb. Hərbi xidmətə səfərbərliyin çağırışçıların hərbi hissələrə bölünməsinin HSX (Hərbi Səfərbərlik Xidməti) tərəfindən necə aparılması da heç kimə sirr deyil. Camaatı bu təşkilatdan narazı salan əsas odur ki, çağırış yaşına çatmış gəncləri hərbi hissələr arasında bölərkən düşmənlə tamas xəttinə yalnız kasıb, imkansız adamların övladları düşür, amma vəzifəli, imkanlı adamların övladları döyüş bölgəsindən kənar hərbi hissələrə salınır. Xalq isə haqlı olaraq sual edir, niyə, nəyə görə!?..

Məlumdur ki, bir neçə il öncə ölkə Prezidenti islahat apardı dünya standartlarına uyğun Dövlət Hərbi Səfərbərlik Xidməti yaratdı. Arzu Rəhimov həmin xidmətə rəis təyin olundu. Hər kəs gözləyirdi ki, bu islahatdan sonra döyüş bölgələrində ölkənin kasıb, imkansız ailələrinin övladları ilə bərabər, imkanlı vəzifəli şəxslərin övladları da  hərbi xidmət keçəcəklər. Lakin çox keçmədi, DHSX - nin fəaliyyətində xalqın gözlədiyi ədalət prinsipi bərpa olunmadı. Hərbi Səfərbərlik Xidmətdə əvvəllər mövcud olan ciddi qanun pozuntusu bu gün DHSX - nin rəisi cənab Arzu Rəhimovun rəhbərliyi altında "uğurla" davam edir... Burada Dövlət Hərbi Səfərbərlik Xidmətini misal kimi gətirdim, heç kim düşünməsin ki, bəhs etdiyim sahədən başqa, ölkənin digər sahələrində hər şey normaldır burada çalışan məmurlar milli dövlətçilik təfəkkürünə malikdir, xalqı incitmir, özbaşınalıq etmir, tutduqları vəzifədən istifadə edərək, var-dövlət, rüşvət yığmır. Ümumi götürəndə, hazırda ölkədə elə bir sahə göstərmək mümkün deyil ki, həmin sahədə çalışan məmurlar milli dövlətçilik təfəkkürünə sahibdir hər şeydən öncə xalqın rifahını yaxşılaşdırmaq üçün çalışır. Həyəcanla vurğulayıram ucadan deyirəm ki, Azərbaycanın ən böyük problemi tək Qarabağ problemi deyil, həm bütün problemləri, o cümlədən Qarabağ problemini həll etmək gücünə qadir olan milli dövlətçilik təfəkkürünə malik, vətənpərvər məmurların çatışmazlığıdır! Etiraf edək ki, hazırda məmurlarımızın düşüncəsində ilk yeri tutan şəxsi qazanc əldə etmək marağıdır. Yazıda qeyd etdiyim mənfi məqamlarla yanaşı, ölkəmizdə əldə olunmuş çoxsaylı müsbət məqamlara bilərəkdən yer verməmişəm. Çünki bu məqamlar var bunu heç kim əlimizdən almır. Ölkəmizdə əsas sevindirici hal ondan ibarətdir ki, qeyd etdiyim mənfi halların aradan qaldırılması üçün cənab Prezidentin bu ilin əvvəlindən həyata keçirdiyi əsaslı struktur islahatları xalqda gələcəyə böyük ümid yaradıb. Xalq bəzi məmurların mənfi hərəkətindən xeyli əziyyət çəksə , bu çətinliyin müvəqqəti olduğuna əmindir. Ən əsası isə odur ki, xalq öz Prezidentinə böyük inam bəsləyir inanır ki, Azərbaycanın bütün mövcud problemləri tezliklə ölkə başçısının qətiyyəti ilə həllini tapacaq...

Sözardı: Yazılarımda daim tənqidi mövzulara -raciət etməyimin bəzilərinin hakimiyyətdən narazı olmağımın əlaməti saymasından əsla narahat deyiləm. Ölkəmizin problemlərindən bu problemlərin əksəriyyətinin səbəbkarı olan məmurların fəaliyyətindəki qüsurlardan həmişə yazmışam bundan sonra da yazmağa davam edəcəm. Yazdığım acı həqiqətlər kimin xətrinə dəyirsə, hərdən bir su içməyə vərdiş etsin.