"Amnesty İnternational” təşkilatı sifariş
yerinə yetirən qurum imici qazanıb



 

Tahir Rzayev"Bəzi qüvvələr UEFA Avropa Liqasının final oyunu ərəfəsində mitinq keçirməyə cəhd göstərir

 

Sevinc Fətəliyeva"Bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib"

 

 

Aydın Hüseynov"“Amnesty İnternationaltəşkilatının səsləndirdiyi qərəzli fikirlər dünyada ikili standartların mövcud olmasının daha

bir göstəricisidir"

 

"Amnesty İnternationaltəşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib. Təşkilat bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib.

Məlumdur ki, "Amnisty İnternational" təşkilatı korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanıb. Təşkilat ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir.

Baş verənləri dəyərləndirən Millət vəkilləri-Tahir Rzayev, Sevinc Fətəliyeva Aydın Hüseynov bildiriblər ki, mühüm etibarlı fəaliyyəti həyata keçirən qurumlar bir çox hallarda bu tipli bəyanatlarla öz missiyalarına kölgə salırlar.

 

"Amnesty İnternationalhəmişə olduğu kimi bu dəfə heç nəyə nail ola bilməyəcək

 

"Amnesty İnternationaltəşkilatının bəyanatına münasibət bildirənn Yeni Azərbaycan Partiyasından olan millət vəkili Tahir Rzayev deyib ki, Azərbaycanda mühüm beynəlxalq tədbirlər keçiriləndə həmişə bəzi təşkilatlar hay-küy salaraq buna qarşı çıxmağa çalışırlar.

Deputat bildirib ki, UEFA Avropa Liqasının final oyunu Azərbaycanda keçirilirsə, deməli bütün dünya buna baxacaq: "Yarışa tamaşa etmək üçün Azərbaycana 40 mindən artıq xarici qonaq gələcək. Bu final oyunu Azərbaycanın imici üçün olduqca vacibdir”.

T.Rzayev vurğulayıb ki, Azərbaycanın bu uğurunu gözü götürməyən "Amnesty İnternational" kimi korrupsiyaya bulaşmış, təzyiq alətinə çevrilmiş bəzi təşkilatlar həmişə mühüm beynəlxalq tədbirlər ərəfəsində ölkəmizə qarşı çirkin kampaniya aparırlar: “Avroviziyamahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları ərəfəsində biz bunu görmüşük. İndi həmin qüvvələr çirkin fəaliyyətə başlayıb. Məqsədləri isə müstəqil siyasət aparan, inkişaf edən Azərbaycana təzyiq göstərməkdir. Lakin həmişə olduğu kimi bu dəfə heç nəyə nail ola bilməyəcəklər".

Deputatın sözlərinə görə, bu cür çirkin kampaniya aparan təşkilatlara, çox təəssüflər olsun ki, ölkə daxilində olan bəzi anti-milli qüvvələr dəstək verirlər: "Bəzi qüvvələr UEFA Avropa Liqasının final oyunu ərəfəsində mitinq keçirməyə cəhd göstərir. 28 May - Respublika günü, eləcə mötəbər idman yarışının keçirildiyi bir vaxtda, mitinq keçirməyə cəhd göstərmək ancaq düşmən, xəyanətkar qüvvələrin işidir. Yarışın yüksək təhlükəsizlik şəraitində baş tutması üçün bütün tədbirlər görülüb. Əvvəlki yarışların keçirilməsi sübut edib ki, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait var insanların təhlükəsizliyi təmin olunur”.

 

Manipulyasiyalar nəticəsiz qalacaq  ölkəmiz növbəti dəfə idman tarixinə yeni səhifə əlavə edəcək

 

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sevinc Fətəliyeva isə deyib kiUEFA Avropa Liqasının Azərbaycanda növbəti həftə keçiriləcək final oyunuAmnesty Internationaltəşkilatı tərəfindən müzakirə edilməsəydi, yəqin ki, təəccüb doğurardı: "Çünki bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib, eyni zamanda, mötəbər tədbirlər ərəfəsində absurd fikirləri ilə gündəmə gəlməyə çalışıb. Təcrübə onu göstərir ki, beynəlxalq əhəmiyyətli yarışların ölkəmizdə keçirilməsi bir sıra dairələr tərəfindən təhlil olunur Amnesty Internationalbu qərəzli mövqelilər arasında öncüllük daşıyır. Lakin bu mənfi yanaşmalar reallığı özündə əks etdirmir."

S.Fətəliyeva bildirib ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib: "Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, müasir idman infrastrukturunun yaradılmasında yarışların yüksək səviyyədə keçirilməsində göstərir. Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib".

Deputatın sözlərinə görə, Azərbaycan özünün milli dəyərlərini təqdim etməklə yanaşı, ölkəmizdə əsrlərboyu mövcud olan multikultural tolerant dəyərləri bütün dünyaya nümayiş etdirir: "Dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlara qonaqlara hörmətlə yanaşılır, onların təhlükəsizliyi təmin olunur. Son illər həm yerli, həm qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans seminarların ölkəmizdə təşkili, eyni zamanda, xalqımızın mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə qarşılıqlı əlaqəsini təbliğ edən festival müsabiqələrin, idman yarışlarının məhz respublikamızda keçirilməsi Azərbaycan xalqının dövlətinin multikulturalizmə ən böyük töhfəsidir. Müxtəlif qərəzli bəyanatların ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa çalışmaq cəhdlərinin nəticəsi olmayacaq. Bu gün biz, faktiki olaraq, dünya ölkələrinin əksəriyyətində islamofobiyanın, dini dözüm-süzlüyün şahidi oluruq. Lakin Azərbaycanda münasibət tam əksinədir bu, dəfələrlə sübut olunub. Beynəlxalq idman yarışının siyasiləşdirilməsi, onun başqa məcralara yönəldilməsi yalnız anti-Azərbaycan qüvvələrin qərəzinin nümunəsidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib ümumiyyətlə, bu cür məsələ müzakirə mövzusu ola da bilməz. Ölkəmizə həm işgüzar səfər edən, həm istirahət məqsədilə gələn qonaqlar xoş təəssüratlarla qayıdırlar. Onlar həm qonaqpərvərlikdən, həm təhlükəsizliyin yüksək səviyyədə təminindən razılıqlarını bildirirlər. Sözsüz ki, ölkəmizin inkişafını istəməyən əldə etdiyi uğurlara qısqanclıqla yanaşanların, ermənipərəst dairələrin qərəzli fikirlərinin heç bir əsası yoxdur. Onlar hər vasitə ilə ölkəmizə qarşı əsassız iddialar səsləndirir şəxsi mənafeləri naminə addımlar atırlar. Nəzərə alsaq ki, Henrix Mxitaryan son vaxtlar heç bir maraqlı peşəkar oyun nümayiş etdirmir, onun bu cür yanaşmanı öz xeyrinə yönəltməsini açıq-aydın görmüş olarıq. Karyerası bitməkdə olan bir idmançının açıqlamasının yeganə məqsədi reytinq qazanmaq istəyi piarının təşkilidir".

S.Fətəliyeva qeyd edib ki, bu gün Azərbaycan özünə əmin addımları ilə beynəlxalq nüfuzunu gündən-günə artırır: "Dünyada sülhün sabitliyin bərqərar olması istiqamətində çalışan, multikultural dəyərlərin, tolerantlığın təbliği təşviqinə üstünlük verən ölkəmizin nüfuzuna heç bir mənasız bəyanatlar, qısqanc yanaşmalar təsir edə bilməyəcək. Bu cür manipulyasiyalar həmişə olduğu kimi, bu dəfə uğursuzluğa məhkumdur. Bütün dünya Bakıda növbəti həftə baş tutacaq yüksəksəviyyəli idman bayramının şahidi olacaq".

 

Azərbaycan xalqı Amnesty İnternational” təşkilatının hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov da bəyanatla bağlı bildirib ki,  “Amnesty İnternationaltəşkilatının Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlər dünyada ikili standartların mövcud olmasının daha bir göstəricisidir.

A.Hüseynov bildirib ki, “Amnesty İnternationalkorrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurumdur ayrı-ayrı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir: “Azərbaycanda həmişə mühüm tədbirlər keçirilən ərəfədəAmnesty İnternationalkimi təzyiq aləti olan təşkilatlar hərəkətə keçir ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Əlbəttə ki, bunun da səbəbi Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun durmadan artmasıdır. Azərbaycanın bu inkişafı, müstəqil siyasətindən narahat olan bəzi xarici dairələr əllərinə fürsət düşdükcə ölkəmizə təzyiq göstərməyə cəhd edirlər. Bu baxımdan UEFA Avropa Liqasının final matçının keçirildiyi ərəfədə Azərbaycana qarşı növbəti çirkin kampaniyaya başlayıblar əsassız, qərəzli fikirlər səsləndirirlər".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan indiyə qədər çoxlu sayda beynəlxalq tədbirlərə, idman yarışlarına çox uğurla ev sahibliyi edib.

 Abbaszadə Mahir