Adam olmağın çətinliyi...



 

"Tərbiyə" ön plana çəkilməlidir

 Son dövrlərdə cəmiyyətimizdə gənclər arasında baş alıb gedən mənfi hallarintihar, narkomaniya, qeyri-ənənəvi dinlərin, sekta təriqətlərin təsiri altına düşmək başqa xoşagəlməz mənəvi çatışmazlıqlar hər kəsi narahat edir.

Əksəriyyət  cəmiyyətdə getdikcə çoxalan bu mənfi halların səbəbini həyəcanla müəyyən etməyə çalışır. Son zamanlar məktəblilər arasında intihar hallarının artması tendensiyası cəmiyyətin narahatlığını bir qədər artırıb. Səbəblərdən biri kimi, əksəriyyət uşaq gənclərin təlim-tərbiyə prosesinin təşkilində idarə olunmasında həlledici rol oynayan əsas pedaqoji anlayışların - “təlimtərbiyəməsələlərinin bir çox hallarda mütənasibliyinin pozulmasından irəli gəldiyini  xüsusi qeyd edir. Hazırkı təhsil proqramlarının ağırlığı   təhsilin Avropaya meylliliyi cəmiyyətdə diqqəti cəlb edir. Unutmayaq ki, təhsil insanlarda bir sıra milli-mənəvi dəyərləri formalaşdırmaqla yanaşı, həm bu dəyərləri qorumaq üçün praktik olaraq məsuliyyət hissi formalaşdırmalıdır. Buna görə tərbiyə məsələlərinə xüsusi önəm verilməlidir. Pedaqoji prosesin təşkili ilə əlaqədar bir çox hüquqi-normativ sənədlərdə belə, tərbiyə məsələlərinə xüsusi yer ayrılmır, əsas fikir biliklərə dərindən yiyələnməyə yönəldilir. “Tərbiyə ocaqlarıdaha çoxtəlim mərkəzlərinə bənzəyir. Təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsində sistemli biliklərin mənimsənilməsi ilə yanaşı, həm mənəvi-əxlaqi tərbiyənin formalaşmasına xüsusi diqqət verilmir. Tərbiyə prosesində millilik, din etnik köklər, milli mentalitet, genetika kimi amillərin xüsusi çəkiyə malik olduğu hər kəsə yaxşı məlumdur. Ona görə bizim üçün min illərin təcrübəsində özünü doğrultmuş İlahiyyat elmi tərbiyənin ana xəttini təşkil etməlidir. Təəssüf ki, təhsilin pillə səviyyələri üçün hazırlanmış yeni proqramlarda bu vacib məsələnin nəzərə alınması unudulub.

Alim olmaq asan, adam olmaq çətindiratalar məsəli bu gün həm dəyərini, həm aktuallığını itirməyib. Hamıya bəllidir ki, adam olmaq, əlbəttə, çox çətindir. Bu atalar sözündə isəinsananlayışıhər adammənasında deyil, “kamil insanmənasında işlədilir. Əslində, bu iki fikri birləşdirərək belə demək daha dəqiq olardı: “Alim olmaq çətindir, kamil insan olmaq isə çox çətindir”. Bura ilk növbədə yüksək mənəviyyat, alicənablıq, fədakarlıq, qorxmazlıq, ləyaqət kimi insani keyfiyyətlər daxildir. Bu insani keyfiyyətlərin isə heç birialimlikanlayışında ehtiva olunmur.

Son dövrlərdə gənclər arasında baş alıb gedən xoşagəlməz  hadisələrin cəmiyyəti narahat etməsi başa düşüləndir. Lakin heç kimin narahatçılıq doğuran mənfi halların əsas səbəblərini müəyyən edib, aradan qaldırmağa təşəbbüs göstərməməsi çox pis haldır.

Çox zaman yeniyetmələri  evdə, məktəbdə, cəmiyyətdə dinləmək istəmirlər. Onlar da məcbur qalıb onları düşündurən suallara cavabı sağlam olmayan yerlərdə axtarırlar. Belə misalların sayı yüzlərcədir. Sadəcə, bunların çoxunu eşitməməzliyə, ya da görməməzliyə vururuq, baş verə biləcək hadisənin mahiyyətinə varmadan, qarşımızdakını birtəhər yola veririk. Bu hadisələrlə bağlı maraqsız, cəfəngiyyat xarakterli açıqlamaların sayı isə, hadisələrin sayindan qat-qat çox qorxuncdur. Bir-birindən fərqli, daha çox hallarda isə bir-birinə zidd olan bu fikirləri çətinliklə olsa da, dinləyib, bir xeyli düşündükdən sonra, yeganə çıxış yolu kimi, səbir təmkinlə atalar məsəlinin mahiyyətindən doğan məntiqə müraciət etməli oluruq. Daha sonra, istər- istəməz, belə bir sual doğur, bəs görəsən, belə mənfi halların çoxalmasının başlıca səbəbi nədir?..

Bu sualın cavabı hər kəsə məlum olsa da, güman çox yerə gedir. Fikirlər dünyanı dolansa da, sonda güman şübhə yenə məktəbin, təhsilin üstündə cəmləşir. Böyük şairimiz Hüseyn Cavid yazırdı ; “Bir millətin tərəqqi təntənəsini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər”. Məktəb, təhsil hər kəsin, millətin taleyində öz nəqşini həkk edir. Bütün xalqlar məktəbə, təhsilə ümidlə baxırlar. Bu baxımdan Ulu öndər Heydər Əliyevin  “Təhsil millətin gələcəyidir”  ifadəsi müstəqilliyimizin ilk illərindən Azərbaycan cəmiyyətinin inkişaf tərəqqi şüarına çevrildi. Milli təhsil quruculuğunun konsepsiya strategiyasının hazırlanmasında  təməl rolu oynadı...

Müəllimin məktəbdə əsas sima kimi mövcudluğu dünyada təhsil sistemi yaranandan məlumdir. Müəllimdən umsaq da, küssək , heç hər zaman nəticələr istəyimizə, reallıqlara uyğun gəlmir. Müəllimin gözü qarşısında böyüyənlərin bəziləri ona verilmiş normal tərbiyənin əksinə, ağlasığmaz addımlar atır. Bir məsələ var ki, məktəb müəllim tərbiyənin bütün məsuliyyətini elə ilk andan öz üzərinə götürür, ancaq onu tam təmin edə bilmir bu, kimlərisə məsuliyyətdən azad etmir. Şübhəsiz ki, müəllimlər haqlıdırlar, bu məsələdə cəmiyyət dövlət birliyi həlledici olmalı, təlim-tərbiyə prosesinin tamlığı ilə bağlı fikirlər əməllər bir-birinə dayaq olmalıdır. Ancaq təcrübə göstərir ki, hər zaman belə olmur, nəticədə hamı kimi, müəllimlərə təəssüflənmək qalır.

Digər tərəfdən, bu məsələləri incələyəndə görürük ki, təlim-tərbiyə prosesinin tamlığında, onun təşkili idarə olunmasında həlledici mövqedə dayanan bir sıra məsələlərə münasibət pedaqogika elminin özündə hələ birmənalı, tam aydınlaşdırılmayib. Onlardan biritəlimtərbiyəməsələlərinin bir-birinə münasibətinin elmi baxımdan tam müəyyən olunmamasıdır.

Uzun illərdir ki, pedaqogika elmindətərbiyə yatəlim»in hansının daha önəmli olması, ya da bunlardan hansının daha əvvəl yarandığı geniş müzakirə obyektinə çevrilib. Pedaqogika sahəsində tanınmış alimlərdən bəziləritərbiyətəlim»in pedaqoji prosesin qoşa qanadı olmasını, bəziləri isə bunların ayrı-ayrı sahələri əhatə etdiyini, bəziləri bunların sadəcə, birinin digərinin alt komponenti olduğunu söyləyirlər...

Maraqlıdır ki, bizim üçün həyatda önəmli olan insanları seçərkən biliklərinə görə deyil, adətən, sağlamlığına, namusuna, “tərbiyəsinəgörə seçirik. Övladlarımız ailə qurmaq istəyəndə birinci məsləhətimiz o olur ki, kim olur olsun, təkcətərbiyəli ailədən olsun. Buna baxmayaraqömrümüz boyu "tərbiyəsizlərdən qaçıb canımızı qurtara bilmirik.

Azərbaycanın böyük filosofu, astronomu, dövlət din xadimi, tərbiyə nəzəriyyəçisi Nəsrəddin Tusi tərbiyəni insanın insanlıq haqqı qazanmasını təmin edən əsas əməl, tərbiyə ilə insanlığı vahid nemət hesab edib. Müasir pedaqogika elminin banisi, didaktikanın əsasını qoymuş böyük çex pedaqoqu Yan Amos Komenski tərbiyəyə yüksək dəyər verib. O, “Böyük didaktikaəsərinin əxlaqi tərbiyəyə həsr etdiyi 23- fəslində yazır: “Bütün bu vaxta qədər danışılanlar əxlaq möminlik kimi başlıca şeyə nisbətən, o qədər əhəmiyyətli deyildir. Bəs əsl nədən ibarət olacaqdır? Əsl bizi yüksək dərəcədə nəcib, qüdrətli alicənab edən müdrikliyi öyrənməkdən ibarət olmalıdır. Bu, məhz yuxarıda əxlaq möminlik dediyimiz şeydir; ancaq bunların sayəsində biz həqiqətən Allahın özünə daha yaxın, yüksək məxluq oluruq”...

Azərbaycanın ictimai-siyasi fikir tarixinə dövlət xadimi kimi daxil olmuş Nəriman Nərimanov yazırdı: “Məktəbin ən başlıca məqsədi gərək tərbiyə olsun, yəni oxumağa, yazmağa çox da diqqət etməyib uşağın ruh əxlaqına, mənəviyyatına ziyadə diqqət etmək lazımdırTəlim gərək tərbiyəyə bağlı olsun”...

Olkəmiz ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra təhsilimizin hüquqi-normativ bazasının gücləndirilməsi, demokratikləşməsi, humanistləşməsi, məzmunca keyfiyyətcə yeniləşməsi, maddi-texniki təminatı istiqamətində atılan uğurlu ardıcıl addımlar hazırda davam edir. Təhsilimizin bu gün Avropa dünya məkanına inteqrasiya olunması, yeni təhsil modellərinin tədris prosesinə gətirilməsi ilə diqqəti cəlb edir. Bu modellərin əsasını dünya təcrübəsi, təhsilin dinamik inkişafı birdəfəlik təhsildən fasiləsiz təhsil prinsipinə keçid ideyaları təşkil edir.

Təhsil formaları yeni təhsil modellərinə inteqrasiya olunur vahid təhsil məkanının yaranmasınaqloballaşmaya, informasiya cəmiyyətinin yaranmasına geniş imkanlar yaradır. Təhsildə aparılan islahatlarda Avropaya meyllilik özünü daha çox büruzə verir, Avropa ölkələrinin təhsil modellərinə üstünlük getdikcə artır. Biz bu yolu seçmişik. Dünyanın bir çox ölkələrində bu məsələlərin həyata keçirilməsi işində bir sıra beynəlxalq təşkilatlar- Avropa Təhsil Fondu, Avropa Təhsil Şurası, elmi texniki tədqiqatların dəstəklənməsi üçün Avropa kooperasiyası, Avropa Elm Fondu , Evrika fondu, NATO-nun elm proqramı, Ali təhsil sahəsində Avropa kooperasiyası, Beynəlxalq elmi-texniki mərkəz, İqtisadiyyat sahəsində təhsil tədqiqatlar konsorsiumu s. fəallıq göstərir, maddi mənəvi dəstək verir...

Sadəcə, bu işdə ən maraqlı hal odur ki, bir sıra Avropa alimlərinin özləri Avropa təhsil modellərinin tamlığını inkar edir. Bu modellərin əsas çatışmayan cəhəti kimi, onun insan yönümlü deyil, daha çox iqtisadi yönümlü olmasını qeyd edirlər. İndiki Qərb cəmiyyətlərinin adlandırdıqlarıinkişaf”, çox dar, birtərəfli, sırf iqtisadiyyata dayanan kriteriyalara görə tərif edilir.…

ABŞ-ın görkəmli təhsil nəzəriyyəçisi Hovard Qardner yazır: “İnsanların bir-birini başa düşməsi səviyyəsinin yüksəldilməsi baxımından, olursa-olsun, təhsil öz məxsusi təsdiqini tapmalıdır. Bütün elmlərin əsas obyekti insan olmalıdır”...

Müasir dövrdə təhsil sistemi insanlarda daha önəmli olan bir sıra dəyərləri formalaşdırmaqla yanaşı, həm onlarda bu dəyərləri qorumaq üçün məsuliyyət hissi formalaşdırmalıdır...

Bir məsələni xatırlamaq istəyirəm. Orta məktəbdə ədəbiyyat müəllimim Ağamirzə Quliyevin barəmdə davranış dəftərinə yazdığı xoş fikirləri hələ unutmamışam, hər an yada düşəndə onun haqqında çox gözəl fikirlər ağlıma gəlir, ona Rəbbimdən rəhmət diləyirəm! Onun fikirləri mənə məktəbdə mənəvi ruh, qol-qanad verirdi. Sonrakı illərdə müəllimlik təcrübəmdə onun mənə göstərdiyi bu əsl müəllimlik qayğısını hər hansı  yolla tələbələrimə göstərməyi özümə mənəvi borc bildim...

Vaxtilə, istər işə düzələn, istərsə kənar təşkilatlara işi düşən hər kəsdən xasiyyətnamə tələb edirdilər. Bu xasiyyətnamələr əksər hallarda səmimi, pedaqoji dildə üslubda yazılmaqla, şəxs haqqında müəyyən təsəvvür formalaşdırırdı. Bütün bunlarla yanaşı, məktəb ictimai təşkilatları sistemli ardıcıl aparırdı. Heç kəsin diqqətdən yayınma şansı yox idi. Hər bir şagird haqqında formalaşan ictimai fikir isə tam reallığa uyğun gəlirdi...

İndi təhsil müəssisələrimizdə bu istiqamətdə sistemli işlər aparılır. Müasir təlim metodları yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesinə tətbiqi uğurla davam etdirilir. Ancaq, ümumilikdə hiss olunur ki, təhsil müəssisələrində təlim-tərbiyə mədəniyyəti yetərli deyil, tərbiyənin qanunauyğunluqları qanunları reallıqla uzlaşmır. Bəzən təhsil müəssisələri tərbiyə vəzifələrini lazım olduğu kimi yerinə yetirə bilmir. Əksər hallarda uşağa ailənin, məktəbin, müəllimlərin təsiri fərqli olur. Pedaqoji təsirlərlə sosial təsirlər arasında uyğunsuzluq sürətlə böyüyür. Eyni zamanda, bunlar pedaqoji prosesin nəticələrini özündə birləşdirən bəzi rəsmi dövlət sənədlərində öz əksini tapmayib, tərbiyə məsələlərinə xüsusi yer verilməyib, əsas məqsəd biliklərə daha səylə yiyələnməyə yönəldilib...

Acınacaqlı haldır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təhsil haqqında təsdiq etdiyi bütün detektiv sənədlərdə  “tərbiyəilə bağlı bir dənə olsun söz  yoxdur.

Qeydlərdən göründüyü kimi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsində belə, bir sistemdə biliklərin mənimsənilməsi ilə yanaşı, həm əxlaq tərbiyəsinin formalaşmasına da xüsusi yer verilməyib, bir neçə kriteriyada ayrıca nəzərə alınmayıb...

Ona görə ölkəmizdə gənclər yeniyetmələr arasında baş verən intihar digər təhlükəli hallara son qoymaq istəyiriksə, "tərbiyə" amilinin ailədə, məktəbdə cəmiyyətdə ön plana çəkilməsini dövlət səviyyəsində təmin etməliyik. Əks təqdirdə, ölkəmizdə gənclər yeniyetmələr arasında sürətlə yayılmaqda olan intiharların qarşışını almaq getdikcə daha çətin olacaq.

 Tapdıq ABBAS
Baş redaktor
Əməkdar mədəniyyət işçisi,"
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı