Azərbaycan Respublikası Auditorlar Palatasının İdarə rəisindən Birinci vitse-Prezidentə - ŞİKAYƏT



 

Vəli Rəhimovun  qanunsuz hərəkətlərinin hədd yoxdur 

 

Hörmətli oxucular, redaksiyamız Azərbaycan Respublikası Auditorlar Palatasının Maliyyə və təşkilati-texniki təminat idarəsinin rəisi Vəli Rəhimovun qanunazidd hərəkətləri ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın qəbuluna yazılan Müstəqil auditorun şikayətinin tam mətnini əldə edib. Həmin müraciətin mətni ilə səhifəmizdə tanış olacaqsınız, bizi izləyin!
Birinci vitse-prezidentin qəbulunda daha geniş dəlillər təqdim etməkdə israrlı olan mütəxəssisin müraciətində göstərilənlər yəqin ki, Ali İdarəetmə orqanı tərəfindən qısa müddətdə ciddi qiymətləndiriləcəkdir.


Doğrudan da:


-2016-cı ilin sonlarından ölkə üzrə bələdiyyələrin maliyyə fəaliyyətinin auditinin "vahid əldə cəmlənməsi" məqsədi ilə ”ÇİNAR” Audit Konsalting MMC, ”Leqal Audit” MMC, ”Trust Audit” MMC və ”Universal Audit Konsalting” MMC-lər üçün Auditorlar Palatasından İcazə almağa nail olan İdarə rəisi, Palatanın Şura üzvü Vəli Rəhimov digər gərgin işləri ilə bərabər həmin təşkilatları qeyri-rəsmi necə idarə edə bilir?..


- Vəli Rəhimovun qanunazidd hərəkətlərinə, vəzifə səlahiyyətlərini aşmasına rəvac verənlər kimlərdir?


- Son iki ildə Vəli Rəhimovun qəflətən bu sahədə "monopolist şəxsə" çevrilməyinin səbəbi nədir?

  ADMIN