Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi



 

Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev daha bir vəzifəsindən istefa verib.
 
Seherxeber.org Unikal.org-aistinadən xəbər verir ki, Elmir Vəliyev hazırda  "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri vəzifəsini icra etmir. O, öz istəyi ilə ictimai birlikdə olan fəaliyyətini dayandırıb.
 
Məsələ ilə bağlı sayt Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov bildirib ki, Elmir Vəliyev "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyində sədr vəzifəsini icra etmir. O, fəaliyyətini sonlandırdığı üçün onun işini könüllülər həyata keçirir.
 
Qeyd edək ki, Elmir Vəliyev 2014-cü ildə "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri seçilmişdi.