Özəl xəstəxanalarda vergi yoxlamaları - Qanun pozuntuları, külli miqdarda cərimələr



 

Vergilər Nazirliyi özəl xəstəxanalarda yoxlamalara başlayıb. Bu barədə BakuPost-a bir neçə özəl xəstəxanalarda çalışan şəxslər məlumat verib.
İnformasiyaya görə, ötən ayın sonlarından nazirliyin məsul şəxsləri xəstəxanalara gələrək, vergi yoxlamalarına start veriblər. Onlar xəstəxanalardakı ən kiçik xərcləmələrə kimi araşdırırlar və protokollaşdırırlar.
 
İri özəl klinikaların bir neçəsində isə vergidən yayınma hallarına rast gəlib. Onlar nazirlik tərəfindən külli miqdarda cərimə edilib.
 
Məlumata  görə, yoxlamalar bitdikdən sonra həkimlərin vergi məsələsinə yenidən baxılacaq. Güman edilir ki, bu sahədə vergilər xeyli artırılacaq.  
 
Mövzu ilə bağlı ətraflı məlumat verəcəyik