Cahangir Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin oktyabrın 29-da keçirilən iclasında fəaliyyəti müvəqqəti dayandırılan iki vəkildən birinin kimliyi bəlli olub.
seherxeber.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlardan biri vəkil Aqil Layıcovdur. A.Layıcov hazırda həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyevin hüquqlarını müdafiə edir.
Kollegiyanın yanvarın 22-də keçirilən iclasında A.Layıcova töhmət verilmişdi. Həmin iclasda C.Hacıyevin digər vəkili Fəxrəddin Mehdiyevin fəaliyyəti 1 illik dayandırılmışdı. Bu dəfə isə A.Layıcovun fəaliyyəti 6 aylıq dayandırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmədə təqsirləndirilən və 15 il müddətinə azadlıqdan məhrum edilən Cahangir Hacıyevlə bağlı yeni cinayət işi başlanılıb. Hazırda istintaq tamamlanlb və C.Hacıyev materiallarla tanış olur. Yaxın vaxtlarda işin məhkəməyə göndəriləcəyi gözlənilir.
C.Hacıyev bu dəfə bankın Moskva filialındakı yeyintilərə görə ittiham olunur.