Səfər Mehdiyev deputatın oğlunu vəzifədən azad edib
Bir neçə gün öncə prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Akademiyasının rəisi vəzifəsindən azad edilən İsmayıl Ağaqulu oğlu Ələkbərova yeni vəzifə həvalə olunub.
seherxeber.org qafqazinfo-yaistinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə o, Baş Gömrük Mühafizə Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, İ. Ələkbərova qədər bu posta general-mayor Vurğun Süleymanov rəhbərlik edirdi.
Məlumata görə, V.Süleymanov 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputatı Elxan Süleymanovun oğludur.