Əkbər Hacıyevin işçiləri camaata zülm edir... PREZIDENTƏ ŞIKAYƏT



 

 

Vətəndaş başına gətirilən dəhşətdən Prezidentə şikayətlənir 

 

Rubrika.az bildirir ki, Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 030 həyət evində yaşayan, 011403000031000 Abonent kodlu Rəfiyev Rafiq Mirzə oğlu tərəfindən “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Depertamentinin işçilərinin fəaliyyətilə bağlı redaksiyaya şikayət məktubu göndərib. Narazı vətəndaş yazır:

 

"Mən, ailəmlə birlikdə bir neçə ildir ki, Abşeron rayonu Müşfiqabad qəsəbəsində fərdi evdə yaşayıram. May 2018-ci ildə bir abonent olaraq, istifadə etdiyim təbii qaz üçün smart karta 10 manat ödəyib, sayğaca yüklədim. İyun ayında müşahidə etdim ki, sayğac işləmir. Dərhal 104 qaz xidmətinə zəng edib, məsələni anlatdım. Bir gün sonra aidiyyatı üzrə işçilər gəlib qaz sayğacına baxış keçirdilər. Yay vaxtı olduğu üçün sonuncu dəfə yüklədiyim 10 manatlıq qazın yarısı işlənmişdi. Sayğacda 5 manat qalmışdır. Qaz işçiləri sayğacda plombun yerində olduğunu və açılmadığını qeyd etdilər. Ona görə də məsələnin dəqiqləşdirilməsi üçün sayğacın laboratoriyaya göndərilməsinə qərar verdilər. Mən bu qərara etiraz etmədim. Son 8-9 il ildə mən bu sayğacdan istifadə etmişəm. Amma köhnə də olsa, heç bir problem olmayıb. İyul ayının 26-da 5432343 N-li AKT əsasında evimə yeni sayğac quraşdırıldı.

 

Nəhayət, sayğacın yoxlanması başa çatdı və nəticəsi barədə “Azəriqaz” İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi E.Quliyevin imzası ilə təsdiq olunmuş 17 iyul 2018-ci il tarixli 19/1710-00892-1 N-li akt tərtib edildi. Aktda qeyd edilib ki, 1002AQ10100085861 nömrəli, G4 markalı smart-kart sayğacı dövlət yoxlaması nəticəsində yarasız hesab olunur. Ardınca r əydə yazılır: 

“Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildi, plasmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxış plasmas borusu deşilib. "Yivli birləşmələri korroziyaya uğrayıb.” Bu rəy əsasında “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satış depertamentinin rəisi Zehin Rəsulov tərəfindən sayğacın çıxış plasmas borusunun deşilməsi, yivli birləşmələri korroziyaya uğraması ilə bağlı 30.08.2018-ci il tarixli, 0177447 N-li akt tərtib edilib .

 

Aktda əsassız olaraq qeyd edilib ki, guya mən 3 qaz cihazından istifadə etmişəm və 30.08.2018-ci il tarixli, 0177447 N-li AKT-a əsasən, itirilmiş təbii qazın dəyərinin hesablanmasına görə, 11880 kub metr qaz işlətmişəm! Bu akta əsasən, mənə əsassız olaraq 2335(iki min üçyüz otuz beş) AZN cərimə yazıblar. İndi də bu fantastik cəriməni dərhal ödəmədiyimə görə, qazın verilməsini dayandırıblar. Hazırda evdə uşaqlar soyuqdan əziyyət çəkir.

 

Xatırladım ki, köhnə sayğacdan istifadə edərkən, 2016-cı ilədək hər ay (qışda) 50-55 manat, yay aylarında isə 10 manat qaz pulunu ardıcıl ödəmişəm. 2016-2018-ci ilin mart ayına qədər isə Qaradağ rayonu, “Üçtəpə” adlanan ərzidə şəxsi mal-qaramı otarmaqla məşğul olduğumdan, Müşfiqabad qəsəbəsində çox az yaşamışam və istifadəyə uyğun qaz ödənişi həyata keçirmişəm. Son ödəmə zamanı da sayğac dayandığından, 5 manat yüklədiyim pul sayğacda qalıb . Belə olan halda, mənə 2335 manat cərimə necə yazıla bilər? Bu cür özbaşnalığın bir şərhi olmalıdır. Özlərinin də qeyd etdiyi kimi, minimal qaz sərfiyyatı zamanı sayğac yazmayıbsa, bu mənim günahım deyil. Təbii ki, yay vaxtı yalnız adi qaz sobasının bir gözündən istifadə etmişəm. Və son tarixə kimi, yəni evdə yaşadığım mart-may aylarında smart kartla ödədiyim və işlətdiyim qazın adi bir ailə üçün normada olduğu halda, mən nəyə görə, sayğaca müdaxilə etməliyimdim? 

Bu rəydən əvvəl qaz işçiləri sayğaca baxış keçirən zaman özləri qeyd etmişlər ki, plomb zədələnməyib və sayğac açılmayıb. Eyni zamanda, qaz sayğacları üzrə texniki şöbə rəisinin təsdiq etdiyi aktda da qeyd edilib ki, sayğaca kamera vasitəsilə baxış keçirilən zaman “yıvli" birləşmələrin korroziyaya uğraması təsdiq edilib. Yəni, sayğacın köhnəliyi və istismar müddətinin bitdiyi burada aydın görünür. Və rəsmi rəydən də göründüyü kimi, əgər sayğac ümumiyyətlə, texniki olaraq açılmayıbsa, o zaman necə ola bilər ki, mən açılmamış sayğaca müdaxilə edim? Mən çoban olduğum halda, sayğac praktiki olaraq açılmayıbsa və plomb qırılmayıbsa, mən necə və hansı yolla bu cihaza müdaxilə etmişəm? Axı, mən foksçu deyiləm. Azəriqaz İB-yi işçilərinin bu hoqqabazlığı tək mənim deyil, minlərlə digər şəxslərin başına qəsdən gətirilir. Əsassız olaraq yüksək məbləğdə cərimələr yazılır. Bu yığılan cərimələrin sonrakı aqibəti isə heç kimə bəlli deyil .

 

Mən “Azəriqaz” İb-nin Bakı Regional Qaz Satış Depertamentinin Abşeron rayonu üzrə mühəndis işçilərinin belə özbaşnalığından, vəzifə saxtakarlığından, vəzifə səlahiyyətlərini aşmasından, varlanmaq üçün qulluq mövqelərindən süi-istifadə etmələrindən şikayətçiyəm. Hesab edirəm ki, pul hərisi olan bu adamlar biz vətəndaşların indiki ağır iqtisadi vəziyyətindən istifadə edərək, ölkədə dövlətə qarşı narazılıq və xaosyaratmaq üçün belə təxribatlarla məqsədli şəkildə məşğul olurlar və dəlduz dəstənin son iki ildə ayrı-ayrı yerlərdə göstərdikləri qanunsuz fəaliyyətləri ciddi araşdırlıaraq, öz hüquqin qiymətini almalıdır ki, biz kasıb insanlar dövlətdən narazı qalmayaq, əksinə özümüzü hüquqi dövlətin vətəndaşları hiss edək.

 

Cənab Prezident! Ölkəmizin indiki ağır müharibə şəraitində olduğunu və biz kasıb insanların dolanışığının ağırlığını nəzərə alaraq, süni surətdə başımıza oyun açan “Azəriqaz” İB-nin Bakı RQSD-nin məsuliyyətsiz işçilərinin qeyd etdiyim sabotaj fəaliyyətlərinin araşdılıması üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildiriəm".

Qarşı tərəfi də dinləməyə hazırıq... 

Rubrika.Az