“Bakı möhtşəmdir” - Zara



 

 

“Jara” Beynəlxalq Musiqi Festivalının sonuncu gününün qonaqlarından biri də Rusiyanın əməkdar artisti Zara Mqoyan olub.

“Qafqazinfo” xəbər verir ki, Zara açıqlamasında ilk dəfə olduğu Bakının gözəlliyinə heyran qaldığını bildirib:

“İlk dəfədir ki, Bakıda oluram. Bakı çox gözəldir və möhtəşəm şəhərdir. Bu festival dinindən, irqindən, millətindən asılı olmadan bütün insanları birləşdirir. Hər birinizə təşəkkür edirəm. Bakı çox qonaqpərvərdir. Bu festivalda insanlar hər şeyi unudur və xoşbəxt anlar yaşayır”.