Sevin ey məclisi-Lut,səhnənizə Zarə gəlir...



 

Sevin ey məclisi-Lut,səhnənizə Zarə gəlir...
Bilmirəm,kim çağırır,canına azzarə gəlir...
 
Utanıb-ar eləyər olsa şəhid ruhundan,
Görərik sabun alır,kəndir alır,  darə gəlir...
 
Gərçi yox kamili qeyrət o "vətən oğlu"nda,
O bir eyş əhlini rahatlamağa karə gəlir...
 
Tövlələrdə qarıyan namusumuz , əhv etməz!
Qəbrimi tapdalayıb,erməni bulvarə gəlir...
 
Qara yaylıqlı gəlinlər nə zaman toxtarlar ?!
Günü-gündən günümüz qarə gedir,qarə gəlir...
 
Xalqımın ahı  götürməz bu qədər nahaqqı,
Giley etməklə sözüm tək Mütəal Yarə* gəlir...
 
Fatimə,guyə ki, haqq əhli olub,neylərdin?!
Gücün hey gurlamağa bir dənə əşarə gəlir...
 
 
Fatimə ƏliHüseyn...