Əfqanıstanda silsilə terror hücumları törədilib - 74 ölü, 125 yaralı
Əfqanıstanda “Taliban” terror təşkilatı üç ayrı yerdə eyni zamanda terakt törədib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qazni vilayətinin Andar bölgəsində bomba ilə yüklənmiş avtomobilin partladılması nəticəsində 30 nəfər ölüb, 15 nəfər yaralanıb.
Ölənlərdən 25-i, yaralılardan isə 10-u polis əməkdaşlarıdır. Ardınca baş verən atışmada 13 terrorçu öldürülüb.
Paktia əyalətində polis tədris mərkəzində eyni vaxtda iki partlayış baş verib. Terrorçular iki avtomobili partlatdıqdan sonra binaya girməyə çalışıblar. Hadisə nəticəsində 21-i polis olmaqla 41 nəfər ölüb, 48-i polis olmaqla 110 nəfər yaralanıb. Hücum zamanı vilayətin polis rəisi Toryalai Abdyani də dünyasını dəyişib.
Terrorçular Farah vilayətində isə hökumət binasına hücum ediblər. Hadisə zamanı 3 polis ölüb.
Beləliklə, Əfqanıstanda bir gündə baş verən terror hücumları nəticəsində 74 nəfər ölüb, 125 nəfər isə yaralanıb.