Müqəddəs bilib kondisionerin suyunu içdilər - Foto



 

Hindistanda bir qrup insan davranışı ilə bütün dünyada gündəm olub.

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, söhbət Vrindavan şəhərindəki Banke Bihari məbədində çəkilən videodan gedir.

Görüntülərdə məbədə gələn insanların kondisionerdən damcılayan suyu stəkana dolduraraq içməsi öz əksini tapıb.

Videoda yer alan şəxslər suyu müqəddəs hesab etdikləri üçün içdiklərini bildiriblər.
Görüntülərin sosial şəbəkələrdə yayılmasından dərhal sonra səhiyyə mütəxəssisləri insanlara xəbərdarlıq ediblər.

Hepatoloq Sriak Abbi Filips kondisionerdən axan suyu içənlərin "legionella" adlı bakteriya növü tərəfindən yayılan legioner xəstəliyinə səbəb ola biləcəyini söyləyib.

Onun sözlərinə görə, xəstəliyin əlamətləri yüksək hərarət, öskürək, əzələ ağrıları və nəfəs darlığıdır.

Filips əlavə edib ki, kondisioner suyu birbaşa dəriyə təmas edərsə, qıcıqlanma və ya allergik reaksiyalara səbəb ola bilər.

Billurə Yunus