Stadionda evlilik təklif etmişdi, nişanlandılar - VİDEO



 

Ötən gün I Liqanın 7-ci turu çərçivəsində keçirilən “Karvan” – “Cəbrayıl” matçında (1:2) maraqlı evlilik təklifi edilib.

SeherXeber.org xəbər verir ki, bu, “Karvan”ın U-13 komandasının baş məşqçisi Oqtay Əlizadənin istəyi ilə reallaşıb. 

Belə ki, o, sevdiyi xanıma evlilik təklifini orjinal yolla çatdırıb. Artıq Səbinə xanım Oktayın təklifini qəbul edib və Yevlaxda yerləşən restoranların birində nişan mərasimi keçirilib.