Türkiyə Prezidentinin Donald Trampdan ilk istəyi açıqlanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-də ikinci dəfə prezident seçilən Donald Trampdan ilk istəyi açıqlanıb.
SeherXeber.org Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Livan və Qəzzada yaşananları xatırladaraq deyib ki, ABŞ-li həmkarının əvvəlki administrasiyanın səhv siyasətindən əl çəkəcəyini gözləyir.
Türkiyə lideri bildirib ki, müharibələrin sona çatmasında Trampın əlini daşın altına qoyacağına ürəkdən inanır.