“Dilqəm və Şahbazın azadlığı üçün fəal iş aparılmalıdır”



 

“İyulun 11-də məcburi köçkün soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal edilmiş Kəlbəcər rayonu ərazisində öz doğmalarının məzarlarını ziyarət edərkən ermənilər tərəfindən qanunsuz olaraq həbs edilmələrindən 4 il keçir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sy ilə görüşdə deyib.

Ə. Əhmədov bildirib ki, girovların azad olunması üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası öz imkanlarından və nüfuzundan istifadə etməlidir. O, günahsız insanların həbsdən azad edilməsi istiqamətində fəal işlər aparılmasının vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.