Bu gün futbol üzrə Azərbaycan I Liqasında XXVI turun iki görüşü keçirilib.
“Ölkə.az” xəbər verir ki, turun mərkəzi matçında “Qaradağ Lökbatan” dogma meydanda “Şamaxı”nı qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi (3:2) ilə başa çatıb.
Günün digər görüşündə isə “İmişli” I Liqanın autsayderi “Araz Saatlı”nın qonağı olub. Ev sahibləri 2:1 hesablı qələbəyə sevinib.
Bu nəticələrin ardından "Şamaxı" xallarının sayını 54-ə yüksəldərək turnir cədvəlində vahid lider olub. Qaradağ təmsilçisi isə 53 xalda qalıb. "Araz Saatlı" xal ehtiyatını 13-ə çatdırıb. "İmişli"nin isə 47 xalı var.
Qeyd edək ki, çempion olan komandanın adına sonuncu – XXVII turda aydınlıq gələcək.