Bəstəkar Ətiqə Ələkbərovanın səhhətində problem yaranıb.
"Ölkə.az" xəbər verir ki, “Elgizlə izlə” verilişində bəstəkarın köməkçisi onun vəziyyəti ilə bağlı məlumat verib:
"Ətiqə xanımın vəziyyəti kritikdir. İnsult keçirib, 6 aydır ayaqları tutulub, yerimir. Mədəsindən qan açılıb".
Proqram zamanı Elgiz Əkbər bəstəkarın təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə yerləşdiriləcəyini bildirib.(Axşam.az)