Azərbaycanda yeni nazir təyin edildi



 

Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov iyunun 28-də fərman imzalayıb.

Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Naxçıvanın kənd təsərrüfatı naziri Elşad Əliyev iyunun 27-də Vasif Talıbovun fərmanı ilə vəzifəsindən azad edilərək baş nazirin birinci müavini təyin edilib.