Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilib.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə AŞPA-nın saytında məlumat yerləşdirilib.
Azərbaycan nümayəndə heyətinin iki yeni üzvü - Çingiz Qənizadə və Naqif Həmzəyev isə nümayəndə heyətinin üzvləri kimi təsdiqləniblər.