Prezident büdcə sənədini parlamentə göndərdi



 

2018-ci il dövlət  büdcəsinin  gəlirləri  22 110 000,0 min manat məbləğində artırılıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölkə başçısı bununla bağlı sənədi parlamentə göndərib. Eyni zamanda  dövlət büdcəsinin xərcləri də  23 061 000,0 min manat məbləğində (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 21 456 650,0 min manat, yerli gəlirləri 653 350,0 min manat, mərkəzləşdirilmiş xərcləri 22 337 075,0 min manat, yerli xərcləri 723 925,0 min manat) məbləğində təsdiq edilib.

Qeyd edək ki, əvvəlki təsdiq olunmuş büdcə sənədində dövlət  büdcəsinin  gəlirləri 20 127 000,0 min manat, xərcləri 20 905 700,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 19 476 329,0 min manat, yerli gəlirləri 650 671,0 min manat, mərkəzləşdirilmiş xərcləri 20 181 608,0 min manat, yerli xərcləri 724 092,0  min manat) məbləğində təsdiq edilsimişdi.

 Günel Türksoy