Tarixçi alimdən Rəhimzadəyə etiraz - “O, müstəqilliyin əleyhinədir”
Milli Məclisin deputatı Arif Rəhimzadənin “Sovet hökuməti Azərbaycan dövlətini qurdu”sözləri qalmaqala səbəb olub. “Qafqazifo” xəbər verir ki, o, bu fikirlərini parlamentin bu gün keçirilən komitə iclasında səsləndirib.
Tarixçi alim Boran Əziz deputatın fikirləri ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.
O qeyd edib ki, Sovet hökuməti Azərbaycan Xalq Cümhuriyətini süquta yetirib və müstəmləkəçi bir sistem yaradıb: “ Bu hökumət Azərbaycanın mədəniyyətinə, mənəviyyatına ağır zərbə vurub. Azərbaycanın adını, əlifbasın dəyişdirib.
Azərbaycanın Cümhuriyyətdən qabaq 114 min kv.km mübahisəli, 97 min kv. km isə mübahisəsiz torpaqlarını öz ata-baba torpaqlarıymış kimi qonşu Ermənistana, Gürcüstana və özünə götürüb. Belə olan halda hansı dövləti Sovet hökuməti qurub? Ümumiyyətlə, Arif Rəhimzadə Azərbaycanın müstəqilliyinin əleyhinə olan bir şəxsdir. Və o dövrdə müstəqilliyin əleyhinə səs verən adamlardan biridir. Ən təəccüblüsü və dəhşətlisi budur ki, bugünkü müstəqil Azərbaycanın parlamentində oturan adamlardan biridir. Baxın, bu, nonsensdir”.
Günel Türksoy