“Sovet hökuməti Azərbaycan dövlətini qurdu” - Qalmaqallı açıqlama



 

Bu gün Milli Məclisin  Regional məsələlər komitəsinin icalsı keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda 15 rayonun 25 ərazi vahidinin adının dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrdə çıxış edən sözügedən komitənin sədri Arif Rəhimzadə bildirib ki, zaman-zaman Azərbaycanın bölgələrində yer, kənd adlarının dəyişdirilməsi ilə bağlı məsələlər gündəmə gəlir, qanunvericilikdə müvafiq dəyişikliklər edilir:

“Biz isə belə hesab etdik ki, bu məsələni hər dəfə müzakirə etməkdənsə, bir dəfə müzakirə edək. Ona görə də indi 15 rayonda kənd adlarında dəyişikliklərin edilməsi ilə bağlı belə bir geniş qanun layihəsi müzakirələrə təqdim edilib. Bu dəyişikliklərə əsasən də 25 ərazi vahidinin, 13 inzibati ərazi dairəsinin adının dəyişdirilməsi nəzərdə tutulur. Yəni, inzaibati ərazi vahidinin adında dəyişiklik edilirsə, o zaman həmin dairəyə daxil olan inzibati ərazi vahidinin adında da dəyişikliklər edilməlidir”.

Komitə sədri qeyd edib ki, Sovet hakimiyyəti Azərbaycan xalqına divan çəkib: “Amma onların yaxşı işləri də olub, axı?! Sovet hökuməti Azərbaycan dövlətini qurdu. Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma bu dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi “xalq düşməni” olmalı deyilik ki?! Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq, sovetlər dövründə “Xanlar” adlı bölgə, kənd adları olub. İndi o kommunist olduğu üçün onun adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada”Çəmənli” sözü işlədildi. Biri mənə izah etsin ki, “Çəmənli” olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır”.