"Qarabağ"ın 15 yaşadək oğlanlardan ibarət komandasının baş məşqçisi Rauf Əliyev 5 oyunluq cəzalanıb.
SeherXeber.org Milli.Az-a istinadla xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin son iclasında qərar qəbul olunub.
Buna mütəxəssisin noyabrın 8-də U-15 Liqasında keçirilən "Turan Tovuz"la matçın 67-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu onların ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılıb. O, həmçinin müstəsna hal kimi 500 manat cərimə edilib.
Sözügedən oyunda "Qarabağ"ın futbolçusu Oqtay Mehrəliyev də cəzalandırılıb. O, qarşılaşmanın 80+4-cü dəqiqəsində komanda yoldaşını təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyunluq diskvalifikasiya olunub.
"Qarabağ"ın azarkeşləri də hakimləri təhqir və təhdid ediblər. Bu hal oyunboyu davam etdiyinə görə komandanın növbəti oyununun azarkeşsiz keçirilməsinə qərar verilib.