Onların sosial müdafiəsinə 311 milyon manat ayrılır



 

Azərbaycanda gələn il dövlət büdcəsindən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

SeherXeber.org xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, bunun 280 milyon manatı keçmiş məcburi köçkünlərin və yaxud onlara bərabər tutulan şəxslərin aylıq müavinətlərinə, 31 milyon manatı isə kommunal xidmətlərə yönəldiləcək.

Mürtəza
SeherXeber.org