"Oktyabrın sonunda İsrailin İran ərazisinə irimiqyaslı zərbə endirməsi Parçin şəhərində çox məxfi nüvə silahı tədqiqat mərkəzinin dağıdılmasına səbəb olub".
SeherXeber.org Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ- dan olan üç məmur, həmçinin biri hazırkı və biri keçmiş İsrail rəsmisi bunu təsdiqləyib.
Keçmiş Təl-Əviv rəsmisi, hücum nəticəsində nüvə qurğusunda uranı əhatə edən və uranı partlatmaq üçün lazım olan plastik partlayıcıları yaratmaq üçün nəzərdə tutulmuş mürəkkəb avadanlıqların məhv edilib.