1 ildir zədəli olan Neymarın SON DURUMU
"Əl Hilal"ın baş məşqçisi Jorje Jesus Neymarın sağlamlıq durumu barədə danışıb.
SeherXeber.org Offsideplus.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu sözləri deyib:
"Neymar təkcə "Əl Hilal" üçün yox, bütün liqa üçün vacib oyunçudur. Lakin onun qayıdışı barədə dəqiq tarix deyə bilmərəm. Yanvar ayında durumunu yenidən nəzərdən keçirəcəyik".
Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabr ayından zədəyə görə yaşıl meydanlardan uzaq qalıb. 32 yaşlı braziliyalının klubla müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.