Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi son görüşünü keçirib



 

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib.

XI turda yarışın favoriti Hindistanla üz-üzə gələn yığma 0,5:3,5 hesabı ilə uduzub.

Harika Dronavalli - Günay Məmmədzadə 1:0
Rəmeşbabu Vaişəli - Ülviyyə Fətəliyeva 0,5:0,5
Deşmux Divya - Gövhər Beydullayeva 1:0
Vantika Aqraval - Xanım Baladjayeva 1:0