“Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo xəstəlik səbəbindən Asiya Çempionlar Liqasının 1-ci turu çərçivəsində İraqda baş tutacaq “Əl-Şorta” ilə səfər matçını buraxacaq.
SeherXeber.org xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
“Əl-Nəsr”ın kapitanı Kriştiano Ronaldo bu gün özünü pis hiss edib və ona virus infeksiyası diaqnozu qoyulub. Komandanın həkimi futbolçunun istirahətə ehtiyacı olduğunu təsdiqləyib. Nəticədə futbolçunun komanda ilə İraqa uçmayacağına qərar verilib. Kapitanımızın tezliklə sağalmasını diləyirik”, – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, “Əl-Şorta” – “Əl-Nasr” oyunu sentyabrın 16-da Bağdadda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.(Publika.az)