Çelsi”nin futbolçusu Entso Fernandesin sürücülük hüququ əlindən alınıb.
“SeherXeber.org ” xəbər verir ki, buna səbəb argentinalı yarımmüdafiəçinin cəzalarının çoxalmasıdır.
“Çelsi”nin üzvü yol hərəkəti qaydalarını pozduğu üçün dəfələrlə cəzalanıb. Onun cərimələri 3000 funt-sterlinqdən çoxdur və ödənilməyib.
Bu səbəbdən futbolçunun İngiltərədə avtomobil idarə etməyi qadağan olunub. Fernandes yalnız 2025-ci ildə sükan arxasına əyləşə biləcək.