Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qarışıq komanda yarışında qızıl medal qazanıblar.
SeherXeber.org xəbər verir ki, tatami ustalarımız mübarizəyə 1/8 finaldan başlayaraq həlledici mərhələyə qədər maneəsiz irəliləyiblər.
Finalda Fransa idmançılarını 4:3 hesabı ilə məğlub edən komandamız tarixində ilk dəfə Avropa çempionatının qarışıq komanda yarışında çempion olub.
Qeyd edək ki, cüdoçularımız 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında da birinci yeri tutublar.