Bu ölkədə ağılasığmaz olay: Övladlığa götürdükləri uşaqları... - FOTO



 

ABŞ-nin Qərbi Virciniya ştatında ağlasığmaz hadisə baş verib.

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, zəngin evli cütlük 63 yaşlı Donald Rey Lantz və 62 yaşlı Cin Key Vaytfedr övladlığa 5 qaradərili uşaq götürüb.

Cütlüyün 5 uşağı qul kimi işlətdiyi və onları tövlədə yatdırdığı məlum olub.

Əməlləri üzə çıxan cütlük "insan alveri", "uşaqlara qayğı göstərməmək", "köləlik" və "məcburi əmək" kimi bir çox cinayətlərdə ittiham olunub.

Bu barədə yaşlı ər-arvadın qonşuları iddia qaldırıb.

Səlahiyyətlilər uşaqları ötən oktyabrda sosial vəziyyətlərinin yoxlanılması zamanə cütlüyün evindəki anbarda yerləşən kiçik bir otaqda kilidli vəziyyətdə tapıb.

Azyaşlıların həmin otaqda su, hamam və yemək olmadan saxlanıldığı üzə çıxıb. Cütlüyün uşaqlara işgəncə etdiyi bildirilir.

Saxlanılan ərlə arvad isə ittihamları qəbul etmir.

Billurə