İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi



 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun, Kanadanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun və Qırğız Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun etimadnaməsini qəbul edib.

SeherXeber.org  xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.