Rusiya İstintaq Komitəsi: “Crocus”dakı terror Ukraynadan maliyyələşib



 

"Crocus City Hall"dakı terror Ukraynadan maliyyələşib.

Report xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

"Crocus City Hall"da terror aktı törədənlərə külli miqdarda pul daxil olması barədə İstintaq Komitəsinə bildirilib. İstintaqda terror aktının icraçılarının Ukraynadan cinayətin hazırlanmasında istifadə edilən xeyli miqdarda pul və kriptovalyuta alması barədə məlumatlar təsdiqlənib", - məlumatda deyilir.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 140-a yaxın adam ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.