Moskva ilə danışmırıq, artıq rus hərbçiləri çıxırlar - Simonyan



 

Rusiya sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılması məsələsi həll olunduğundan bu məsələ artıq Moskva ilə İrəvan arasında müzakirə edilmir.

Bunu  Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Ermənistan üçün bu, artıq həll olunmuş məsələdir. Mən düşünmürəm ki, burada hər hansı müzakirə gedir. Bu proses dövlətlərarası müqavilənin pozulması kimi təqdim etməyə cəhd edilir. Bu, idarələrarası razılaşma idi. Məqsədi bu sahədə erməni sərhədçilərinə fayda vermək və onların yükünü yüngülləşdirmək idi”, - Simonyan bildirib.

O, əlavə edib ki, rus sərhədçiləri 2024-cü il avqustun 1-dək "Zvartnots"u tərk edəcəklər.