AFFA-nın yeni baş katibi o olacaq - FOTO



 

Aprelin 2-də keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında assosiasiyanın yeni prezidenti ilə yanaşı, İcraiyyə Komitəsinin də yeni tərkibi müəyyənləşəcək.

Futbolxeber.az saytının məlumatına görə, komitədə yer alacaq 13 nəfərdən biri AFFA-nın hazırkı baş katibi Sərxan Hacıyevdir. Bu isə o deməkdir ki, S.Hacıyev avtomatik olaraq baş katib vəzifəsi ilə vidalaşacaq.

Artıq yeni baş katibin kim olacağı da müəyyənləşib. Əldə etdiyimiz məlumata görə, bu, “Sabah”ın baş icraçı direktoru Ramin Həsənovdur.

Xatırladaq ki, 2020-ci ildən “Sabah”da çalışan Həsənov daha əvvəl “Səbail”in icraçı director olub. Buna qədər isə o, "Mançester Yunayted" Yay Futbol Məktəbində inzibatçı və fotoqraf işləyib.