Türkiyədə fabrikdə partlayış: Ölənlər var



 

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fabrikdə sənaye balonu partlayıb.

Partlayış nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.

Bu barədə Kocaeli valiliyindən məlumat verilib.

“112” təcili zəng mərkəzinə göndərilən xəbərə görə, Kocaeli vilayətinin Gebze rayonunun Pelitli istiqamətində yerləşən fabrikdə sənaye balonu partlayıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri, Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) qrupları cəlb edilib.  İlkin məlumata görə, iki vətəndaşımız partlayış anında həlak olub, yaralanan altı nəfər isə ətrafdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı hərtərəfi araşdırma aparılır”, - deyə məlumatda bildirilib.