"İnternatda böyümüşəm" - Aytən kövrəldi



 

Aparıcı Aytən Səfərova uşaqlıq illərindən danışarkən kövrəlib. 

Axşam.az xəbər verir ki, bu haqda verilişində söz açan aparıcı internat məktəbində böyüdüyünü deyib. Uşaqlığından danışan Aytən kövrəlib:

"Nənəm mağazada işləyirdi, bir kürkü var idi, hər axşam onu gözləyirim ki, cibindən konfet çıxacaq. Onu görəndə mənə bütün dünya xoş gəlirdi, sanki dünya verilirdi. Bir də gəlincik var idi, 3-4 ay o oyuncağı istədim. Yenə də atam, anam yox... İnternatda böyümüşəm. Müəyyən dövdə məni nənəm götürərdi. Mənim üçün onun cöhrəsi sevinc idi".