Azərbaycanda ər arvadını bıçaqladıqdan sonra özünə də xəsarət yetirib



 

Beyləqanda ər arvadını bıçaqladıqdan sonra özünə də xəsarət yetirib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Beyləqan şəhərində qeydə alınıb.

1993-cü il təvəllüdlü Abuzərov Ramiz Eldar oğlu həyat yoldaşı 1993-cü il təvəllüdlü Abuzərova Ülkər Mahir qızına ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirib.

O, daha sonra özünə də xəsarət yetirib.

Xəsarət alan hər iki şəxs Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.