Bakı-Şamaxı yolunda avtomobil qadını öldürdü



 

Abşeron rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

SeherXeber.org APA-ya istinadla xəbər verir ki, hadisə Atyalı qəsəbəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Mollayeva Ceyran Mayıl qızı yolu keçərkən onu minik avtomobili vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.